Beləliklə, umumilikdə ən çox qaçan Samir Abasov və
Rəşad Sadiqov olub. Testdən sonra məşq davam edib. Bu dəfə futbolçular müəyyənləşdirilmiş
tempdə daha 15 dəqiqə qaçıblar. Futbolçular məşq bitən kimi fiziki hazırlıq
üzrə məşqçi Çudomir Çakarovdan "intiqam"larını özünəməxsus şəkildə alıblar.
Onlar cəm halında Çakarova hücum edərək onu yerə yıxıblar. Bu hərəkət hər kəsin
gülüşünə səbəb olub və məşq nikbin şəkildə keçib.