Təkcə düşmənlərimizin başımıza gətirdiyi faciələri unutmaq bir yana qalsın, hətta çox vaxt biz, öz ulularımızı, doğmalarımızı da unuduruq və yaddan çıxarırıq. Bax belə yaddan çıxan, unudulan əfsanəvi qəhrəmanlardan, böyük şəxsiyyətlərdən, xalqın igid oğlullarından biri XVIII əsrdə Borçalı çökəyində yaşamış 2 dəfə gürcülərin xalq qəhrəmanı olmuş general Xudu Borçalıdır. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, II çar İrakli isə Xudiya deyiblər. Onu da vurğulayım ki, gürcülər özlərinin keçmiş tarixi haqqında çəkdikləri 5 seriyalı "And kitabı" adlı kinofilmdə Xudu Borçalı haqqında maraqlı epizodlar çəkib, onu gürcülərə II çar İraklinin dostu və gürcü xalqının bu gün yaşamasında əvəzsiz xidməti olan böyük səbəbkarlardan, şəxsiyyətlərdən, sərkərdələrdən biri kimi təqdim ediblər. II çar İrakli tərəfindən general rütbəsi alan, gürcülərin 2 dəfə xalq qəhrəmanı kimi tanınan, gürcü ordusunda əsas vəzifələrdən birini tutan, suvari dviziyaya rəhbərlik edən, xalqımızın belə igid sərkərdəsi, əfsanəvi qəhrəmanı, böyük şəxsiyyəti haqqında əfsus ki, biz demək olar ki, heç nə bilmirik. Gürcülərin "And kitabı" kinofilmindəki epizodlar isə böyük tarixi həqiqətə malikdir. İndi də azərbaycanlıların və gürcülərin yaxşılığı çox şeydə, adət-ənənələrdə, dar gündə bir-birinə kömək əli uzatmaqda, bir-birinə arxa, dayaq durmaqda, dostluq telləri ilə bir-birinə bağlanmaqda özünü aydınca göstərir. Bəli. Azərbaycan və Gürcü xalqlarının bu dostluğu və bir-birinə mehribançılığı haqqında həqiqətən çox danışmaq olar. Özü də bugünkü gündə, dünyada xaos, hərcimərclik getdiyi bir vaxtda bu çox vacibdir. Çünki həm azərbaycanlılar və həm də gürcülər bilsinlər ki, indiki zamanda kimə dost deyib arxa çedirmək olar. Zaqafqaziya kimi gözəl, cənnətməkan evimizi aüşmənlərdən necə qorumaq olar.

Xudu Borçalı haqqında yalnız Sovetlər Birliyi quruluşunun dağılmasina cəmi səkkiz il qalmış, Əməkdar jurnalist, hal-hazırda Bakı Dövlət Universitetinin professoru, filologiya elmələri doktoru Həmid Vəliyev 1983-cü ildə "Sovet Gürüstanı" qəzetində baş redaktor işlədiyi vaxtda "Xudululara müraciət edək" başlığı altında çap etdirdiyi bir məqalədə artıq Xudi kişinin böyük tarixi şəxsiyyət olduğu aydınlaşıb. Daha doğrusu ictimailəşib. Onu da vurğulayım ki, "Sovet Gürcüstanı" qəzetində çap olunan həmin yazı o vaxtlar Gürcüstanda böyük rezonans yaratsa da amma Azərbaycandan buna səs verən, bu fikirlə həmrəy olan olmayıb. Həmin vaxt onun haqqında Azərbaycan mətbuatında heç nə yazılmayıb. Azərbaycan dövləti belə şəxsiyyətli oğlu olduğunu xalqa bildirməyib.
Müstəqillik qazandığımız dövrdən bu günə qədər də Xudu Borçalı haqqında yalnız Surəddin Məmmədlinin yazdığı "Paralanmış Borçalı" kitabında kiçik bir fəsil və tədqiqatçı zabit Şəmistan Nəzirlinin bir yazısı çap olunub. Amma gürcülər bizdən çox irəli gedərək bu tarixi şəxsiyyət haqqında, bir neçə kitabda böyük məlumatlar çap etdirib, onun rolunu gürcü aktyoru oynamaq şərti ilə general Xudu Borçalını özlərinin tarixi kinofilmində yaşadırlar. Belə ki, "And kitabı" kinofilminin 3-cü seriyasında onunla bağlı maraqlı faktlar çoxdur. Bu da gürcülərin həyatına, millət kimi yaşamasına, Müstəqil Respublika kimi qalmasına böyük köməklik edən tarixi həqiqət, II çar İrakli dövrünə təsadüf edir. Çünki həmin dövrdə mürtəce qüvvələr Gürüstanı daxildən və xaricdən parçalayıb məhv etməyə çalışıblar. Onlar, II çar İraklini devirmək arzusuna düşüblər. Buna görə də vəziyyət çox kəskin halda mürəkkəbləşib və xəzinə boşalıb. Dövlət maddi çətinliklər qarşısında qalıb və nəhayət haradan olsa belə, maddi yardıma ehtiyac duyulub. Həmin vaxt II çar İraklinin ətrafında olan məmurlar və aznaurlar yeganə ümid yerini Gürüstanda yaşayan, möhkəm dostluq və qardaşlıq münasibətində olduqları azərbaycanlılara müraciət etməkdə görüblər.
Onlar daima dosta-dost, düşmənə-düşmən, igidlikdə ad qazanan, səxavətdə tayı-bərabəri olmayan Borçalı elində, Sadaxlı kəndində yaşayan böyük bir tayfaya, Xudulular tayfasına müraciət ediblər. Doğrudan da 5 seriyalı "And kitabı" adlı kinofilmdə bu epizod çox səimimi və ətraflı formada göstərilib. Bu kinofilm həmin vaxt Gürcüstanda da çox yaxşı qarşılanıb. Amma təssüf ki, Azərbaycanda göstərilməyib. Həmin vaxt Xuduluların başçısı, Borçalıda böyük mədən sahibi olan Xudu kişi II çar İrakli başda olmaqla gürcü elçilərini böyük hörmətlə qəbul edib. Onu diqqətlə dinləyib və II çar İrakliyə lazimi miqdarda təmənnasız olaraq pul, qızıl və gümüş məmulatları verib. Çar özü və gələn elçilər böyük razılıqla görüşüb gedəndə, Xudu kişi də onları ehtiramla, hörmətlə yola salıb. Kinofilmdə bu epizodlar ssenarist və rejissor tərəfindən çox dolğun, məzmunlu fikirlərlə, yadda qalan formada işlənilib.
.jpg)
Ən maraqlısı budur ki, XVIII əsrin axırlarından başlayaraq Gürcü yazıçıları öz əsərlərində Xudu Borçalı haqqında maraqlı fikirlər yazıblar. Onlardan bəzilərini qısa cümlələrlə yazıram.
Paata Vissarionoviç Quqaşvili ( akademik): " 1795-ci ildə Şah Qacar Tiflisə hücüm edərkən onun (II çar İraklinin) ən yaxın və sonuncu dostu olan Xudu bəy Borçalı hansı ki, polk komandiri idi və milliyatca gürcü olan generalın yerinə təyin olunmuşdu və Sadıx bəy Yadigarovla birlikdə düşmənə qarşı əfsanəvi qəhrəmanlıq göstərmişdi və 2-ci dəfə xalq qəhrəmanı adına layiq görülmüşdü".
Akakiya Belaşvili ( "Besiki" romanindanından sətirlər): "Xudu Borçalı Ağa Məhəmməd şah Qacarla döyüşdə qalib çıxaraq, onun sərkərdəsi olan iki düşmən başını II çar İraklinin ayaqları altına atır".
Xudu Borçalı ilə bağlı belə maraqlı faktlar çoxdur.
Xudu kişi nəinki Sadaxlıda, həm də Borçalı çökəyində öz xeyriyəçiliyi ilə məşhur olub. O, Sarvanda, (indiki Gürüstan respublikasının Marneuli şəhərində), Calaloğlunda (Ermənistanın indiki Stepanavan şəhərində), su, kanal və yolların çəkilməsində öz həmyerlilərinə çox böyük maliyyə köməkliyi göstərib. Xudulular öz torpaqlarına bağlı olduğundan çoxu elə Sadaxlıda yaşayırlar. Amma hal-hazırda Sadaxlı Xudulularının az da olsa nümayəndələrindən Azərbaycan Respublikasının Bakı, Sumqayıt şəhərlərində və MDB məkanında yaşayan ailə üzvləri var. Biz də ulu babamızın qoyduğu yolla gedərək, dövlətə və dövlətçiliyə xidmət etməklə, müxtəlif iqtisadi, sənaye, təhsil, elm, mədəniyyət və başqa sahələrdə uğurla çalışırıq. Bəli. Mən Xudu kişinin kötükcəsiyəm. Uzun illər tikinti sahəsində çalışmışam. Adi usta köməkçisi vəzifəsindən İstehsalat Birliyinin baş direktoru vəzifəsinə qədər yüksəlmişəm. 35 il rəhbər vəzifədə işləmişəm. Təkcə Sumqayıtda yox, respublikanın çoxlu bölgələrində böyük tikinti işləri görmüşəm.
Dədə-babaların, ağsaqqalların dediklərinə və söylədiklərinə, bəzi tarixi faktlara söykənərək, ilk öncə mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli bir yazısında qeyd edib ki, guya ulu babam Xudu Borçalı Yadigarovların nəslindəndir. Hətta onların qardaşıdır. Amma əslində bu fakt düz deyil. Onun Yadigarovlarla heç bir qan qohumluğu yoxdur. Sadəcə bu nəsil, o nəslə qız verib, qız alıblar. Yalnız belə qohumluq əlaqələri var. Hətta mən Şəmistan müəllimi Sumqayıta dəvət edib, onula çay süfrəsi arxasında əyləşəndə bunu ona sübut elədim və o da mənimlə razılaşdı ki, "sən düz deyirsən". Yadigarovgillə Xudi kişi arasında yalnız arvad qohumluğu olub. Çünki həmin vaxt Xudu kişi Gürcüstanda tanınırdı. El ağsaqqalı idi. Ola bilər ki, Yadigarovgillə bir-birindən qız alıb-veriblər. Bu, tam həqiqətə uyğundur.
Bu haqda məndə dəqiq məlumatlar da var. Belə ki, Yadigarovlar nəsli çox məşhur nəsil, böyük sülalə kimi XVI əsrin axırları və XVII əsrin əvvəllərində Gürcüstan Respublikasında sayılıb-seçilən nəsillərdən olublar. Hələ 1701-ci ildə I çar İrakli, 1707-ci ildə I Daviddən, Anna Konstantinov II Teymuraz tərəfindən Yadigarovlara Sınıq körpü ətrafındakı kəndlər verilib. II çar İrakli isə bunlardan əlavə Sadıq bəyi Yadigarobu səfir göndərib. Əlavə də olaraq, təxminən 1787-ci ildə Sadıx bəyə və oğlanları Ağacan, Mustafa və Allahverdi bəylərə Tiflis şəhərində, meydanda, məscidin yaxınlığında beş maqazin bağışlayıb. Bu nəsil çara həmişə sadiq olmaqla və bütün döyüşlərdə onun tərəfində olub, qəhrəmancasına vuruşublar. Hətta general Abbasqulu Ağa Bakıxanov özünün "Gülüstani -İrəm" əsərində də bu nəsil haqqında maraqlı məlumatlar verib. O, belə yazır: "Gürcüstanda yaşayan azərbaycanılar arasında tarixi şəxsiyyətlər çox olub. Onlardan biri də polkovnik İsrafil bəy Yadigarov olub. Məşhur rus yazıçısı, şərqşünas V. Dmitriyev "Koran Maqameda" kitabını da ona həsr edib. Bu kitab 1864-cü ildə yazılıb. Yazıçı kitabda qeyd edir ki, "onun qardaşı Ağa bəy Yadigarov Həsən bəy İsrafil ağa oğlu Yadigarov general-mayor rütbəsi alıb. Həmişə də ön cəbhədə qəhrəmancasına vuruşub". Yadigarov qardaşlarının əsas tədqiqatçısı Şəmistan Nəzirlinin verdiyi məlumata görə heç bir arxiv sənədində İsrafil bəy Yadigarovun genaral-mayor rütbəsi alması haqqında məlumat yoxdur. Onu da vurğulayım ki, bu vaxta qədər nə İsrafil bəyin, nə Sadıx bəyin, nə də Həsən bəyin, ümumiyyətlə Yadigarovların fota şəklinə rast gələn olmayıb. Həm də bu qəhrəman igidlərın Gürcüstanın Təkəli kəndində nəsillərindən heç kim qalmayıb. Amma bilmirəm neyçünsə, hansı səbəbdənsə Şəmistan Nəzirli Xudu Borçalının şəklini götürüb və bu şəkli İsrafil bəy Yadigarovun adına internetdə yerləşdirib. Guya bu şəkil İsrafil bəy Yadigarovun şəklidir. O, bu yanlış hərəkəli ilə də adamları çaşdırıb. Bu məsələ ilə bağlı hər şeyin dəqiq olması üçün sizə bir maraqdı məlumat da verim. Bunu mənə bizim bölgədə tanınan tarix müəllimi və tədqiqatçı, mənim əmim İsmayıl Xudiyev danışıb. O, deyirdi: " Günlərin birində mən atama belə sual verdim. Necə olur ki, bizim nəslimizin də Yadigarovlardan olduğunu deyirlər. Atam Qurban kişi mənə dedi ki, "oğlum, elimizin adət-ənənlərinə görə ən yaxın eloğlanları özlərinə qardaşlıq kimi ən yaxın dost tuturdular. O vaxtlar Sadıx bəy Yadigarovun oğlu Mustafa bəylə dostluq və qardaşlıq edənlərdən biri də sənin ulu baban Xudu oğlu Xudi kişi olub. Onun da yenə səbəbi, onlarla qız qohumluğundan yaranıb. Yəni biz,
Yadigarovlar nəslindən Mələk adlı qız almışıq. Məhz bu səbəbdən də Xudu kişi, Sadıx bəyin oğlu Mustafa bəylə qardaş kimi idilər. Gürcüstanda demək olar ki, hamı onları qardaş bilirdi. Heç təsadüfü deyil ki, mənim böyük qardaşım üçüncü Xudu kişinin oğlanları Həmid, Məcid, Abdulladan başqa bir yeganə qızı olub, onun da adını Mələk qoyublar. Ondan başqa Məmməd adlı qardaşım da böyük oğlunun adını Mustafa qoymuşdu. Çünki bizim babamız ikinci Xudu kişi belə tövsiyyə edib. Ona görə mən Qurban da sənin adını İsmayıl qoymuşam".
İsmayıl müəllim onu da deyirdi ki, "Yadigarovların nəslindən bəziləri Gəncədə, bəziləri isə Qazaxda yaşayıblar. Sonra da onlar Təkəli kəndinə köçüblər. Amma bizim nəsil Sadaxlıdandır və həmişə də Sadaxlıda yaşamışıq. Ulu babamız Xudu kişinin də adı Xudu olub və bizim nəslin bütün uluları elə xuduluların köhnə Sadaxlı qəbirstanlığında uyuyurlar".
Bu gün də bizim çox böyük nəsil şəcərəmiz var. Bu şəcərə təkcə Sadaxlı kəndində yaşayanlarla bitmir. Xudulular nəslindən olanlar bütövlükdə Gürcüstanda, Azərbaycanın Bakı, Sumqayıt şəhərlərində və başqa yerlərdə də var. Mən heç kimə imkan vermərəm ki, doğma Xudu babamı kiminsə nəslinə yazsın. O, Borçalı mahalının Sadaxlı kəndində anadan omaqla atanın yeganə oğlu olub. Hazırda bizim Xudulular nəslində hələlik axırıncı yəni dördüncü Xudu mənim bacim oğlunun oğludur. O, ailəlidir və bir oğlu, bir qızı var. Onu da vurğulayım ki, heç kim Xudu Borçalı və II çar İrakli dostluğuna xələl gətirə bilməz. Xudu kişi ilə II çar İrakli dostluğu elə Azərbaycanla Gürcüstan dostluğu deməkdir.
Ulu babam Xudu kişi haqqında qısa məlumat
İstəyirəm çoxminli oxuculara Xudu kişi haqqında daha geniş məlumat verib deyim ki, o, təxminən 1730-cu ildə Sadaxlı kəndində anadan olub. Onun haqqında yazılanlardan və deyilənlərdən belə məlum olur ki, həddindən artıq uca boylu, enli kürək kişi olub. Cavanlıq illərini kənddə və rayon mərkəzində, əvvəlki adı Sarvan olan indiki Marneulidə keçirib. Sarvan Borçalı çökəyində əvvəllər ən böyük kənd imiş. Xudu kişi yay vaxtları isə Calaloğlu ( indiki Stepanavan) yaylaqlarında yaşayıb. Deyilənə görə o, mahir ovçu və məşhur qılıncoynadan olub. Cavanlıq illərində keçmiş Sarvanda ( indiki Marneulidə) yaşayıb. Ulu babam otuz yaşlarından faydalı qazıntıların axtarılıb tapılması və onların çıxarılıb emal olunması işi ilə məşğul olub. Onun şəriki isə fransız mədən mühəndisi imiş. Yəqin qızıl-gümüş mədənlərini də həmin fransız kəşf edib. Emal olunan qiymətli metallardan isə gümüş kəmərlər və hətta gümüş sikkələrin, yəni pulların kəsilməsi ilə də məşğul olublar. Xudu kişi həmin şəriki ilə ilk mədənini Axtala kəndində yaradıb. Axtala Sadaxlının şimal hissəsində, Borçalı çökəyi adlanan yerindədi. Sonra Allahverdi, Calaloğlu kəndlərndə də mağaralar qazdıraraq, orada gümüş, miss və qızıl mədənlərini də işə salıblar.
Sadaxlı sözü "Sadax" sözündən götürülüb. Belə ki, oxlar qoyulan və saxlanılan yerə sadax deyirmişlər. Bu kənd əsl qarapapaq Azəri türklərinin kəndidir. Təxminən 500 ildən çox yaşı var. Sonralar bu kəndə başqa yerlərdən köçüb gələnlər də olub. Burada evlər əsasən bir mərtəbəli idi. Sadaxlıda yalnəz iki yaşayış evi iki mərtəbəli olub. Bunlar da Xudulu Qurbanın və Xudulu Ömərin evləriydi. Onlar da yəqin ki, mədənlərdən gələn gəlirlərin hesabına həmin evləri tikdiriblər. Burada yaşayan insanların da əsas işi əkin-biçin, mal-qara saxlamaq və ovçuluq olub.
Mənim atamın atasınının da adı Xudi idi. O da danışırdı ki, Xudu Borçalının şəriki bir fransız olub. Xudu kişi ilə möhkəm dostluq əlaqələri qurublar. Həm də Xudu kişi gürcü və fransız dillərini də öz ana dili kimi bilirmiş. O, həmin fransızla mədənləri bir yerdə işlədiblər. Hətta deyirdi ki, o vaxtlar həmin mədənləri oğrulardan qorumaq üçün Xudu kişinin böyük, 150 nəfərdən çox silahlı, suvari dəstəsi də varmış. Bu suvari dəstəyə də özü rəhbərlik edirmiş. Çünki Xudu kişi lap cavanlıqdan yaxşı ovçu, qorxmaz və qoçaq insan kimi həmin bölgədə ad-san qazanıbmış. Həm də o, çox xeyirxah, öz malını, dövlətini xalqdan əsirgəməyib. Kasıblara, yetimlərə həmişə əl tutub. Həmişə də xeyir-şərdə çox yaxından iştirak edib. Xeyiri-şəri olanlara da lazım olan qədər köməkliklər edirmiş. Onun qoçaq, qorxmaş olmasından qorxuya düşən qaçaqlar, oğrular onun mədənlərinin həndəvərinə belə dolanmırmışlar. Xeyirxah əməllərinə, kasıblara əl tutduğuna görə də ona böyük hörmət edirmişlər. Xudu kişinin qoçaqlığı, qonaqpərvərliyi və səmiyəti elə "And kitabı" kinosunda da çox dolğun formada göstərilir. Bax bütün bu müsbət keyfiyyətlərinə görə, Xudu Borçalı bütövlükdə Gürcüstanda sayılıb-seçilən qorxmaz, igid kişilərdən biri sayılıb. II çar İrakli onunla görüşəndən və ondan maddi kömək alandan sonra onların arasında böyük dostluq əlaqləri yaranıb. II çar İrakli Xudu kişinin dostluğa sadiq insan və güclü döyüş qabiliyyəti olduğunu görüb. Sonra onu öz yanına çağırıb və özünün çox etibar etdiyi, milliyatca gürcü olan suvari qoşunun generalını işdən çıxarıb. Onun yerinə bu suvari qoşuna milliyatca qarapapaq Azəri türklərindən olan Xudu kişinin rəhbərlik etməsini tapşırıb. Döyüşlərdəki şücaətinə görə Xudu Borçalıya general rütbəsi verib. Onu Gürcüstanın 2 dəfə xalq qəhrəmanı edib. Bu qəhrəmanlıqları da o, avarlarla olan, Aspinza və Ağa Məhəmməd şah Qacarla olan döyüşlərdə alıb. Görün onların arasında nə qədər böyük, təməmmasız və səmimi dostluq, etibar olub.
Baxmayaraq Ağa Məhəmməd şah Qacar da milliyatca türk idi. Amma Borçalı çökəyi Xudu kişinin doğma vətəniydi. Həm də o, II çar İrakli ilə əsl dost idi. O, həm öz torpağını və həm də dostunu qorumaq üçün, eyni zamanda elin-obanın vicdanlı vətəndaşı kimi Ağa Məhəmməd şah Qacarın ordusu 1797-ci ildə Gürcüstana hücum edəndə və şah Qacar II çar İraklini hədələyib ruslarla müqaviləni pozub onun tərəfinə keçməyi əmr edəndə ulu babam, əlbəttə də ki, İraklini müdafiə edib. Çünki şah Qacar II çar İrakliyə göndərdiyi məktubda hətta belə sözlər də yazdırıb : "Əgər ruslarla müqaviləni pozub bizim tərəfə keçməsən, əks halda Gürcüstanda yaşayan xalqların qanından ikinci Kür çayı yaradacam". Onun bu məktubu ilə tanış olan və Gürcüstanda yaşayan təkcə gürcülərin yox, azərbaycanlıların da öldürüləcəyini yəqin edən Xudu kişinin 400 nəfərdən ibarət suvari dəstəsi ilə şah Qacarın ordusu vuruşa girir və ulu babamın 400 nəfərlik dəstəsi, Qacarın böyük suvari ordusunu darmadağın edərək, həmin ordunun iki sərkərdəsini də əsir alır. O, sərkərdələrin başını kəsdirib, II çar İraklinin ayaqları altına atıb. Həmin döyüşlərdə azərbaycanlı Allahverdi bəy Yadigarov da böyük igidlik göstərib. Bütün bu tarixi faktlar da olduğu kimi Gürcüstan Dövlət Arxivində saxlanılır.
Yuxarıda yazdığım kimi bu haqda çar II İraklinin dövrünə aid Gürcüstanın tarix kitablarında və bədii əsərlərində də maraqlı məlumatlar çoxdur. Xudu kişinin qəhrəmanlıqları haqqında gürcü yazıçıları da maraqlı əsərlər yazıblar. Hətta gürcü yazıçısı Akakiya Belaşvli özünün "Besuku" romanında Xudu kişi ilə bağlı bir neçə fəsil yazıb və orada belə faktlar da var: " O, ( Xudu kişi) vuruşdan qayıdaraq, atdan düşür və düşmən sərkərdələrinin başını İraklinin ayaqları altına atır. İrakli Qafqaf döyüşlərdən birində rus generalına məktub yazaraq bildirir ki, "Sizə başda qorxmaz, qəhrəman Xudu Borçalinki olmaqla 400 nəfər müsəlman-azəri əsgərlərini göndərirəm. Onlar bu döyüşlərdə sizə çox köməklik edəcəklər. Çünki mən Xudu kişiyə və həmin əsgərlərə özüm kimi inanıram"…
Ulu babam Xudu Borçalı təxminən 85 il yaşayıb. II çar İrakli vəfat edəndən sonra o, Tiflisdən Sadaxlıya qayıdıb. Ömrünün sonuna qədər də bu kənddə yaşayıb və özünün mədəndəki işləri ilə məşğul olub. Yuxarıda dediyim kimi mənim babamın da adı Xudu olub. O, danışırmış ki, 1905-ci ildə Erməni-Azərbaycan davası vaxtı ermənilər həmin mədənlərə hücum ediblər. Orada çox möhkəm dava olub. Amma azərbaycanlılar erməniləri oradan qovublar. Həmin mədənləri yenə də özləri işlədiblər. Xudu Borçalının yaratdığı mədənlər 1915-18-ci illərə qədər Calaloğlunda, Axtalada fəaliyyət göstərib. Onun nəsli tərəfindən həmin mədənlərdə mis, qızıl, gümüş istehsal olunub. Həmin vaxta qədər mədənlərdə fransızlar da şərik olublar. Amma 1918-20-ci ildə fitnəkar ermənilər tərəfindən azərbaycanlılara qarşı ikinci dəfə dava başlayanda, Borçalıda da bu döyüşlər davam edib. Həmin vaxt ermənilərlə gürcülərin də davası olub. Bu vuruşlarda da azərbaycanlılar gürcüləri müdafiə ediblər. O vaxtlar Azəri qarapapaq türkləri ermənilərlə vuruşda öz ellərini, torpaqlarını erməni daşnak gavurlarından qoruyublar. Bu döyüşlərdə Xudu kişinin bizim nəsildən olan nəvələri, nəticələri- Xudu, Qurban, İsmayıl, Məmməd və əli silah tutan bütün Sadaxlı kənd sakinləri, məşhur çopur Əlinin dəstəsində ermənilərə qarşı qəhrəmancasına vuruşublar. Onları Sadaxlıdan qovublar. Bütün bunlar haqqında Surəddin Məmmədlinin yazdığı "Paralanmış Borçalı" kitabında həmin epizodlar çox geniş formada yazılıb. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Surəddin Məmmədlinin həmin kitabınin çap olunmasına maliyyə yardımı da mən eləmişəm. 1918-20-ci ildə Ermənistan Respublikası yarananda Borçalının şimal tərəfini ermənilər işğal etdiklərindən həmin yerlər də bu respublikanın tərkibinə qatılıb. Ulu babam Xudu kişinin Cəlaloğlunda, Allahverdidə və Axtalada olan mədənləri də onların işğalında qalıb. Ermənilər həmin vaxtı Sadaxlıya da hücum edib, bu yerləri də ələ keçirmək istəsələrdə onların aruzları ürəklərində qalıb. İgid sadaxlılar tərəfindən onlar məğlub olub geri çəkiliblər. Hətta həmin vaxtı bizim ulular deyirdilər ki, Sadaxlının güney dağlarında öldürülən ermənilərin kəsilmiş başları donquldana-donquldana dağ aşağı dığırlanırmış. Elə həmin vaxlardan da ermənilərin gözü Sadaxlıdadır. Bu gün Gürcüstan- Ermənistan sərhəddi Sadaxlıdan başlayır. Borçalı elinin Çubuqlu dağlarından, Calaloğlundan başlayaraq, Qarakilsə, Gümrü, əlavə 20 Azəri türklərinin kənd və qəsəbələri də ermənilər tərəfindən işğal və zəbt olunub. Bu gün onların hamısı ermənilərin işğalı altındadır. Amma bilmirəm neyçünsə indi də Gürcüstan Respublikasının rəhbərliyi bu işə laqeyid yanaşır və bu haqda heç nə demir, yazmır və heç bir tədbir görmürlər. Axı həmin yerlər Borçalı bölgəsində yaşayan Azəri türklərinə aiddir və Qarabağ torpaqları kimi ermənilər tərəfndən işğal olunub. Bu haqda hökmən dünya mətbuatında yazılmalı, dünyanın aparıcı ölkələrinin rəhbərlərinə deyilməli və işğalçı erməniləri yerində oturtmaq lazımdır. Həmin yerlər də dərhal müstəqil Gürcüstan Respublikasına qaytarılmaqla və Borçalı elinə qatılmalıdır.
Ermənilər Sadaxlının bir addımlığındadırlar
Əvvəllər Sadaxlı ilə Ermənistan ərazisini, bir tərəfdən Tibet çayı, başqa bir tərəfdən isə 5-10 km məsafədə olan uca dağlar, meşəlik olan sərhəd müəyyənləşmişdi. Qarabağ hadisələrindən sonra, yəni keçən əsrin 90-cı illərindən başlayaraq, ermənilər həmin yerləri zəbt elədilər və sərhəddi demək olar ki, özbaşına Sadaxlının bir addımlığına qədər gətirib çıxardılar. Hətta öz baza və qərərgahlarını da orada qurmağa başladılar. İndi bizim sərin, gözəl bulaqlarımız artıq onların tapdağı altındadır. Amma çox təəccüblüdür ki, Gürcüstan dövləti neyçünsə bu işlərə biganə yanaşır və fikir vermir. Məni ən çox qorxudan odur ki, günlərin birində Allah göstərməsin, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciəyə oxşar hadisə orada baş verə bilər. Artıq kənd camaatının elə sahələr var ki, ermənilərin tərəfində qalıb. Axı kim icazə verib ki, onlar sərhəddi bu qədər pozaraq, 100 illərlə orada yaşayan həmvətənlərimizi oradan qovub çıxarıblar. Ən qorxulusu odur ki, indi Gürcüstan rəhbəriliyinin yanında sözü ötən Xudu oğlu Xudu kimi kişi, qəhrəman yoxdur. Əlbəttə, Sadxlıda öz torpaqlarını qorumağı bacaran igid oğullarımız çoxdur. Amma onların da əlindən bütün silahlarını alıblar. Hətta ov tüfənglərinə qədər belə yığışdırıblar. Gürcüstan respublikasının indi də ən böyük kəndi Sadaxlıdır və o kənd də ermənilərin bir addımlığında, çox çətin vəziyyətdədir. Ona görə də əslən Sadaxlıdan olan bir azərbaycanlı kimi Gürcüstan respublikasının rəhbərliyindən xahişim odur ki, bu məsələni boş buraxmasınlar. Ermənilərin fitnəkar olduğunu bilsinlər və dövlər səviyyəsində dinc əhalinin qorunmasını, hərbi texnika və qurğularla Sadaxlını təmin etsinlər. Həm də ermənilərlə sərhəddi müəyənləşdirmək lazimdır. Onları əvvəlki sərhədlərinə qədər geri qaytarmaq vacibdir. Yoxsa ermənilər azərbaycanlıların dədə-baba yerlərinə sahib çıxacaqlar. Necə ki, Qarabağda və Ermənistanda bizim soydaşların yerlərinə sahib çıxdılar. Onlarda başqa millətlərin torpaqlarına sahib çıxmaq kimi murdar xislət var.
Yuxarıda yazdığım kimi Sadaxlı Borçalı çökəyində azərbaycanlıların ən qədim kəndlərindən biridir. Bütövlükdə Borçalı çökəyində olduğu kimi, Sadaxlıda da igid-qoçaq oğullar çoxdur. Bu bölgədə yaşayan soydaşlarımız öz yurdlarına bağlı insanlardır. Bu bağlılığın da əsasını Xudu- İrakli dostluğu qoyub. Güman edirəm ki, Gürcüstanın bugünkü hakimiyyəti bunları yəqin məndən də yaxşı bilir. Yəqin orada yaşayan soydaşlarımızın taleyinə biganə qalmayacaqlar. 15 mindən çox əhalisi olan Sadaxlı kəndinin də taleyi Gürcüstan respublikasının rəhbərliyindən asılıdır. Gürcü rəhbərləri əsirlərlə davam edəm Azərbaycan və Gürcü dostluğunu qorumaq üçün ermənilərlə sərhəddi yəqin ki, möhkəmlədəcəklər.
Ermənilərin ikiüzlü siyasəti
Gəlin tarixi həqiqətləri yada salaq. Belə ki, indiki zamanda olduğu kimi əvvəllər də ruslar öz siyasətlərini Cənubi Qafqazda həyata keçirmək üçün başlıca silah kimi ermənilərdən istifadə ediblər. Ermənilər də öz növbələrində Azərbaycan və Gürcüstan torpaqlarını zəbt etmək hesabına, hələ də böyük Ermənistan arzularından, xülyalarından əl çəkmirlər. Onlar tarixlər boyu bu xülyalarını reallaşdırmaq üçün hər biclikdən, çirkin oyunlardan istifadə ediblər. İkinci İraklinin sadəlövlüyündən istifadə edərək, Gürcüstana sığınmış Melik Abov və Melik Firdona ondan böyük imtiyazlar alıblar. Bununla da yerli tavatlar, yəni zadəganlar olublar. Beləliklə, Melik Abov özü ilə Suriyadan gətirdiyi 800-ə yaxın erməni ailəsini Bolnisinin baş keçid deyilən yerlərində yerləşdirib. Hətta buna görə II çar İraklidən sərəncam da alıb ki, onlara dəyib-dolaşanlar olmasın. Ağa Məhəmməd şah Qacarın Tiflisə hücüm etdiyi vaxtda ona pul və qızıl verərək, Kartili və Kaxetiyanı zəbt ediblər. Bu haqda gürcü yazıçısı, ictimai xadimi İvane Çavaxişvili belə yazıb: "Erməni katalikoisu Luka Gürcüstanı talan etmək üçün Ağa Məhəmməd şah Qacara hərbi xərclər üçün 100 000 manat pul da verib. Eyni zamanda Tiflisin içərisinə necə girməyin yollarını da göstərib. Hətta İran səfirini də sağ-salamat Tiflisdən qaçırıblar. Beləliklə, Şah Qacarın qoşununun aldığı və yandırdığı evlərdəki bütün var-dövləti ermənilər talan ediblər. Şah qacarın qoşunu da həmin vaxtlar ermənilərə dəyib-dolaşmırdılar. Onu da qeyd edim ki, hələ on ikinci əsrdə çar Qurucu Davidin və sonralar çar Tamaranın vaxtlarında da Gürcüstanda ordu rəhbərləri Azəri qarapapaq türkləri olublar. Məsələn çar Davidin vaxtında 45 min ordunun 40 mini qarapapaq türkləri olub. Hətta çar Tamaranın anası da qarapapaq qıpçaq qızı olub".
Bu tarixi faktlar Gürcüstan Elmlər Akademiyasının arxivindən götürülüb. Azəri türklərinin və ermənilərin Gürcüstan dövlətinə öz münasibətləri keçən əsrdən başlayaraq bu günə kimi aydın görünür. Belə ki, Gavaxetinin erməni əhalisi demək olar ki, hər gün Gürcüstan rəhbərliyindən müxtariyyat tələb edirlər. Və çox vaxt orada Ermənistan bayrağını da qaldırırlar. Belə fitnəkarlara da Gürcüstan, Azərbaycan respublikalarının rəhbərləri və dünyanın sülsüvər ölkələrinin başçıları öz yerlərini göstərməlidirlər.
Xudu Borçalının adı uzun illər yasaq olunub
Sovet rəhbərləri Xudu kişinin adını demək olar ki, birdəfəlik yasaq etmişdilər. Məhz ona görə də bütün respublikaların çoxlu tarixi şəxsiyyətləri, xalq qəhrəmanları unudulmuşdu. Gürcüstanda da II çar İraklinin və Xudu Borçalının adlarını çəkmək və bu haqda nəsə yazmaq qadağan olunmuşdu. Bizim nəslin adamları da çox qorxurdular. Çünki Xudu Borçalıya görə onları da incidirdilər. Həmin vaxt olan bir tarixi hadisə bu günə qədər heç yadımdan çıxmır.

QURBAN XUDİYEV
Atam din xadimi idi və həm də çox zabitəli kişiydi. O, axır vaxtlar bilmirəm neyçünsə çox fikirliydi. Elə bil nədənsə qorxurdu. Yadıma gəlir, Novruz bayramı vaxtı evdə üç nəfər idik. Atam, böyük qardaşım Əbdürrəhman və mən. Atam Həmid kişi bizə evin küncündə bir yer göstərdi və dedi ki, tez buranı qazın. Biz oranı qazdıq. Oradan çox böyük olan bir tunc peç çıxdı. Biz bu peçə təccüblə baxdıq. Atam əmr elədi ki, peçin içərisində olanları yandıraq. Biz peçin qapağını açanda orada ağzına qədər dolu olan Nikolay pulları gördük. Biz ondan soruşanda ki, bu pullar hardandır, o, dedi ki, ulu Xududan, üçüncü Xuduya çoxlu qızıl-gümüş qalibmış. Həmin vaxtlar Nikolay pulu qızıl-gümüşdən baha olduğuna görə o da aparıb həmin qızıl-gümüşləri Tiflisdə Nikolay puluna çevirib. Həmin vaxtlar da hakimiyyitə Sovetlər İttifaqı gəlib və Nikolayın pulu ölüb. Gürcüstanda kommunistlərin hakimiyyətə gəldiyini görən üçüncü Xudu qorxub ki, bu pullara görə onu tuta bilərlər və bizi də ailəlikcə Sibirə sürgün edərlər. Ona görə də bu pulları bax bu peçin içinə yığıb bura basdirdı və bizə də yerini göstərib dedi ki, " mən artıq dövranımı sürmüşəm. Qoca kişiyəm. Birdən gələcəkdə çar hökuməti qayıdar və bu pullar sizə lazım ola bilər".

HƏMİD XUDİYEV
Atam bizi məcbur elədi ki, həmin pulları yandıraq. Çünki o, həm özünə və həm də bizə görə qorxurdu. Biz dəhşətə gəldik ki, evimizdə bu qədər pul varmiş, amma biz ehyiyac işərisində yaşayırdıq. Qardaşım Əbdürrəhman çox böyük ehtiyacla ali məktəbi bitirib, kəndə qayıtmışdı və mən də 5-ci sinifdə oxusam da ehtiyacın nə olduğunu yaxşı başa düşürdüm. Biz, yalnız bir sutkaya həmin pulları yandıra bildik. O pullar yanmardı ki, yanmırdı. Həmin pullar yananda Əbdürrəhman da, mən də çox kövrəldik. Mən və Əbdürrəhman həmin puldan bir ədəd özümüzçün götürdük. Həmin Nikolay pulu bu gün də mənim arxivimdədır.

İSMAYIL XUDİYEV
Bunlar da yadımdadır ki, hətta ulu babamız Xudu Borçalı haqqında tarixçi və tədqidqtçı İsmayıl əmim və müəllim qardaşım Əbdürrəhman çoxlu materiallar toplamışdılar. Hətta bununla bağlı qardaşım 96 səhifəlik dəftərdə çoxlu qeydlər etmişdi. O vaxtlar İmran əmim milisdə işləyirdi və onun Gürcüstan arxivinə girmək imkanı vardı. O, oradan materialları çıxarıb, İsmayıl əmimə və qardaşım Əbdürrəhmana verirdi. Gürcüstan rəhbərliyi həmin vaxt bunu haradansa bildi və mənim qardaşım Əbdürrəhman müəllimi bir neçə sutka həbsdə saxladılar və sonra da Sadaxlı kənd məktəbindən çıxarıb uzaq Telaviyə müəllim göndərdilər. O da yəqin qorxusunda həmin dəftəri yandırıb. Çünki mən həmin dəftəri çox axtarmışam amma tapa biləməmişəm. Ulu babam Xudu Borçalı ilə bağlı o, mənə öz əzlyazması ilə yalnız bir vərəq həcmində yazı verib. Həmin yazı indi də mənim arxivimdədir. Mən artıq 1985-ci ildən başlayaraq ulu babam Xudu Borçalı ilə bağlı tədqiqatlar apariram. Həmin vaxtlardan da müəyyən sənədləri, şəkilləri, xatirələri toplayıram.

ƏBDÜRRƏHMAN XUDİYEV
Xudu Borşalı Yadigarovların qardaşı deyil
Mənə çox təsir edən odur ki, Xudu Borçalı mənin ulu babam olduğu halda onu Yadigarovlarla qarışdırırlar. Bu qətiyyən düz deyil. Bir vacib məsəsləni qeyd edim ki, ulu babam Xudu kişi o vaxtlar çox varlı-karlı, qoçaq, II çar İraklinin dostu olduğuna görə əlbəttə, hamı onunla dostluq etmək istəyib. Onu öz nəslinin nümayəndəsi, qohumu hesab edənlər də olub. O vaxtlar bizim tərəflərdə "qardaşlıq" deyilən bir söz vardı. Adamlar özlərinə başqa adamlardan dost kimi "qardaş" tuturdular. Mənim atam Həmi kişi, yəni üçüncü Xudunun böyük oğlu o vaxtlar özünə mahmudovlardan bir "qardaşlıq" tutmuşdu. Onun oğlanları və biz də onlara qardaş kimi baxirdıq. Bax II çar İraklinin vaxtında da Xudu Borçalı ilə Yadigarovların arasında dostluq, qardaşlıq münasibətləri yaranmışdı. Xudu kişi ilə Mustafa bəy Yadigarovun arasında bu qardaşlıq daha yüksək olub. Bunu da tarixçi və Xudu Borçalının tədqiqatçısı

İMRAN XUDİYEV
İsmayıl əmim və eləcə də qardaşim Əbdürrəhman müəllim deyirdilər. Şəmistan Nəzirli də bu məsələnin kökünü araşdırmadan yazıb ki, guya Xudu Borçalı Yadigarovların qardaşi olub. Mənim Yadigarovlar nəslinə böyük hörmətim var. Onlar da Gürcüstanda böyük işlər görüblər. Amma Şəmistan Nəzirli kimi tədqiqatçının hər şeyi dəqiq müəyyənləşdirməməsi ucbatından çox məsələlər qarışdırılıb. Məhz buna görə də istədim bütün bu məsələlərə aydınlıq gətirim ki, daha bu haqda söz-söhbət olmasın.
Niyə Xudu Borçalının adı hələ də layiqincə əbədiləşdirilməyib?
Biz xudululara ən çox təsir edən odur ki, hələ də Xudu Borçalının adı lazım olan kimi əbədiləşdirilməyib. Onun adı Marneuli şəhərində yalnız bir küçəyə verilib. Məncə bu çox azdır. Çünki bu qədər böyük xidmətləri olan, əfsanəvi xalq qəhrəmanı, general Xudu Borçalının ən azından Sadaxlı kəndində heykəli ucaldılmalı, həmin heykəlin ətrafında park salınmalı, məktəblərdən birinə onun adı verilməlidir. Xudulular və Borçalı bölgəsində yaşayan vətənpərvər insanlar adından mən Azərbaycan Respublikasının prezidentinə, Gürcüstan Respublikasının Prezidentinə, Parlamentinə və Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri, Millət vəkili Qənirə Paşayevaya məktublarla müraciət etmişəm. 1985-ci ildən başlayaraq da bu haqda yaziram...
Gürcü yazıçısı, tarixçi alimi, professor Petro Qoçaqidze-Çaladideli verdiyi müsahibəsində deyib ki, "biz azərbaycanlılara çox şeydə borcluyuq. Azərbaycanlılar gürcülərə heç vaxt arxa çevirməyiblər. Onlar duz-çörəyin qədrini bilən xalqdır. Azərbaycanlı Xudu Borçalının adı Gürcüstan tarixinə 2 dəfə xalq qəhrəmanı kimi düşüb. Onun haqqında görkəmli gürcü yazıçıları romanlarinda, şeirlərində müsbət fikirlər bildiriblər. Gürcü şairi Lado Asatiani "Aspinza" şeirində, yazıçı Akaki Belişvili "Besiki" romaninda, eləcə də digər tarixçi alimlər və yazıçılar Xudu Borçalının mərd, qorxmaz xüsüsiyyətləri haqqında ətraflı yazıblar. O, müsəlman olsa da, Gürcüstanın müdafiəsi və birliyi uğrunda vuruşub. Gürcü ordusunun generalı olub. Azərbaycanlılar tarixən gürcülərlə dost olublar. Qurucu David də azərbaycanlıları sevib, hətta məsciddə ibadət də edib. Bizimkilər bu barədə danışmaq istəmirlər. Tarixdə elə hal olmayıb ki, siz Azərilərin babaları Gürcüstanı satsınlar. Mən sadə gürcü olaraq bəyan edirəm ki, biz gürcülər Gürcüstan hökumətinin maliyyəsi hesabına Marneulinin mərkəzində 2 dəfə xalq qəhrəmanı, general Xudu Borçalının heykəlini ucaltmalıyıq. Mənim məqsədim budur ki, gürcülər, azərbaycanlılar qarşısında öz borclarını yerinə yetirsinlər"...
Ən müsbət hall odur ki, artıq Gürcüstanın Parlamentində bu işlə bağlı məsələ qaldırılıb və qərar verilib. Mən, 2015-ci ilin noyabr ayında Gürcüstanda olanda, Marneulu rayonunun qamrabelisi ( İcra Hakimiyyətinin müavini) Teymuraz Beridze mənə zəng vurub, Xudu Borçalının portretinin tapılmasını xahiş etdi. Mən də qohumlardan birini Tiflis Tarix Muzeyinin Arxivinə göndərdim. Artıq Marneulinin rəhbərliyi özü Xudu Borçalının portretini tapıb. Belə bir məsələ qaldırılıb ki, məhz Marneuli rayonunu mərkəzində Xudu Borçalının heykəli qoyulsun. Hətta bu məsələ
ilə bağlı bir neçə gürcü alimləri də ölkə başçısına müraciət ediblər. Həmin müraciətdə də yazıblar ki, Xudu Borçalının heykəlinin qoyulması və məktəblərdən birinə onun adının verilməsi, bu Azərbaycan-Gürcü xalqlarının dostluğunun ən gözəl nümunəsi ola bilər. İnanırıq ki, bizim uzun illər yazdığımız məktubların nəhayət ki, müsbət cavabı olacaq və Xudu kişinin böyük qəhrəmanlıqları, şücaəti özünün müsbət həllini tapacaq. Biz, Xudu Borçalının nəslindən olan xudulu və xudiyevlər sevinəcəyik, "axır ki, illərlə çəkdiyimiz zəhmət yerdə qalmadı və haqq öz yerini tapdı. Yəqin ki, bundan sonra artıq Xudu Xuduoğlu haqqında kitab yazmaq və kinofilm də çəkmək olar". Artıq azərbaycanlı yazıçı, Əməkdar İncəsənət Xadimi, Prezident mükafatçısı Ağalar İdrisoğlu Xudu Borçalı haqqında kitab üzərində işləyir. Mən də bu xeyirxah işdə ona köməklik edirəm. Kitabın ərsəyə gəlməsi üçün redaksiya heyyəti də yaranıb. İnanıram ki, artıq bir neçə aya kitab hazır olacaq.
Doğrudan da böyük xeyriyyəçi, əsl sərkərdə, general, 2 dəfə xalq qəhrəmanı Xudu Borçalının adının Gürüstan Respublikasının rəhbərliyi tərəfindən əbədiləşdirilməsi iki xalqın dostluğuna da çox müsbət təsir göstərər. Axı general, 2 dəfə xalq qəhrəmanı Xudu Borçalı buna çoxdan layiqdir. Onun adının müstəqil Gürcüstan Respublikasında əbədiləşdiliməsi, burada yaşayan soydaşlarımıza da böyük təskinlik və fəxarət olar. İnanırıq ki, xuduluların bu arzuları tezliklə reallaşacaq. Çünki Azərbaycan və Gürcüstan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, Gürcüstandan Bakı-Tibilisi-Ceyhan neft-qaz kəmərlərinin, beynəlxalq dəmir yolunun keçməsi üçün və burada yaşayn 500 mindən çox həmvətənlərimizin firavan yaşaması məqsədi ilə Azərbaycan hökuməti 3 milyarddan artıq pul xərcləyib. Bu böyük dostluğun müqabilində uzun illər azərbaycanlılarla böyük dostluq, qardaşlıq əlaqələrində olan gürcülər tərəfindən Xudu Borçalının da adı yəqin ki, tezliklə əbədiləşəcək.
Ömrünü xalq üçün şam kimi əridənlər, heç vaxt yaddan çıxmamalıdır. Çünki ulularını unudan, onları yaddan çıxaran, müdafiə etməyən xalq, özü də unudular. Gəlin heç olmasa bundan sonra taxiri şəxsiyyətlərimizi arayıb, axtarıb üzə çıxaraq və xalqımıza tanıdaq. Axı Azərbaycan xaldı yer üzündə ən qədim xalqlardan biridir. Bu xalqin da Xudu Borçalı kimi yüzlərlə igid sərkərdələri, xalq qəhərəmanları, məşhur alimləri, maarif, incəsənət xadimləri, həkimləri, şairləri, böyük tarixi şəxsiyyətləri olub və hansilar ki, artıq yaddan çıxıblar. Onları arayıb-axtarmaq və yenidən xalımıza və dünya xalqlarına təqdim etmək tarixçilərimizin, alimlərimizin müqəddəs vəzifəsi olmalıdır. Axı bütün bunları biz özümüz etməliyik. Başqa millətlər gəlib bizim tariximizi araşdırıb, tarixi şəxsiyyətlərimizi ortaya çıxarmayacaqlar. Ermənilər olmayan tarixlərini və elə də böyük sücaəti olmayan adamlarını yalandan dünya xalqlarına sırıyırlar. Amma biz özümüzün bu qədər tarixi şəxsiyyətlərimizi, dahilərimizi, Azərbaycan üçün əvəzsiz işlər görmüş insanlarımızı və qədim tariximizi dünya xalqlarına layiqincə çatdıra bilmirik. Məgər bu faciə deyilmi?..