Youtube-da mesajlaşma dövrü başlayır

14 May 2016 00:20 (UTC+04:00)

Video platforması Youtube-u mobil cihazlar üzərindən istifadə edən insanlar artıq yalnız video izləməyəcək, eyni zamanda digər üzvlər ilə söhbət də edə biləcəklər. Texnologiya nəhəngi Google-ın tərkibində olan Youtube istifadəçilər arasında mesajlaşma xüsusiyyətini elan edib.

Şirkət, proqramın içində bir paylaşım imkanı olduğu təqdirdə istifadəçilərin bir-biri ilə bölüşəcəkləri videoların sayının artacağına inanır.

Bu xüsusiyyətin Youtube-a axtardıqlarını verib verməyəcəyini isə zaman göstərəcək.