Neftin qiyməti Son 6 ayda rekord

13 May 2016 01:54 (UTC+04:00)

"WTI" markalı neftin qiyməti bu gün 2016-cı ildəki maksimumuna çatıb - bir barel üçün 47 dolları keçib. Bugünkü neft qiymətləri 2015-ci il noyabrın 4-dən ən yüksək göstərici sayılır.

Dünya birjalarında yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti 47,02 dollar təşkil edir.

Hərraclar zamanı "Brent" markalı neftin qiyməti hətta 48,02 dollara yüksəlib.