Azər Mirzoyev məğlub olub

10 Yanvar 2011 09:55 (UTC+04:00)

İspaniyanın Sevilya şəhərində 36-cı ənənəvi beynəlxalq şahmat turniri keçirilir. Siasport.az saytı xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən yarışın 3-cü turunda Azərbaycan təmsilçisi Azər Mirzoyev serbiyalı Slobodanu Kovaçeviçlə qarşılaşıb. Qara fiqurlarla oynayan şahmatçımız məğlub olub.

Qeyd edək ki, yarışda 220 şahmatçı mübariə aparır.