Azərbaycan millisi Şotlandiya yığması ilə qarşılaşır

11 May 2016 16:38 (UTC+04:00)

17 yaşadək futbolçular arasında Avropa çempionatının 3-cü turunun matçları start götürüb. SİA-nın məlumatına görə, "A" qrupunda yer alan Azərbaycan millisi 8-ci kilometr stadionunda Avropa çempionatının qrup mərhələsində son oyununu Şotlandiyaya qarşı keçirir.

Norveçli baş hakim Sveyn-Erik Edvartsenin idarə etdiyi qarşılaşmada millimizin start heyətində meydana Murad Popov, Hüseyin Seyliqli, Ricat Qarayev, Elçin Əsədov (kapitan), İbrahim Qədirzadə, Fərid Nəbiyev, Metin Güler, Doğukan Oksuz, Pilağa Mehdiyev, İsmayıl Karakaş və Süleyman Əhmədov çıxıblar.

Şotlandiya yığmasının ilk 11-liyində isə Kieran Vright, Dan Meredith, Aidan Uilson, Daniel Baur, Liam Hegarti, Fraser Hornbi, Liam Burt (kapitan), Kyle McAllister, Cek Aitçison, Zak Rudden və Connor McLennan yer alıblar.