Ermənistanın baş nazirindən Rusiyaya mesaj

11 May 2016 14:40 (UTC+04:00)

Rusiyanın Azərbaycana silah satması ilə bağlı Ermənistanın mövqeyi dəyişməyib. SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın ikitərəfli müttəfiqlik siyasəti haqqında fikrini bildirib: "Bizim mövqeyimiz dəyişməyib. Sadəcə olaraq, biz hal-hazırda iki məsələnin həlli ilə məşğuluq. Birincisi, ölkənin gələcək uğurlarının asılı olduğu iqtisadiyyatın inkişafıdır. Eyni zamanda, müəyyən addımlar atılır, bununla bağlı sabah hökumətin iclasında bəyanatla çıxış edəcəm".