(Ulu öndər Heydər Əliyevə ithaf)
Dövr, zaman sınağından dönə-dönə çıxmış, çıxa-çıxa ucalmış, ucala-ucala sevilmiş, sevilə-sevilə ürəklərdə özünə əbədi iz qoymuş dühadır Ata Heydər. Nər görkəminə, iti, nüfuzlu baxışına, qürurlu yerişinə, zəhmli səsinə hər kəs ehtiram etmiş, ömrünü xalqına şam etmiş, axşam-səhər daim düşünmüş, düşünə-düşünə də xalqını işıqlı sabahlara səmt etmiş dəryadır Ata Heydər. Nə qədər ürək dolusu kəlmələr şəninə söylənsə də yenə azdır. Yaşayır onu sevənlərin qəlblərində əməlləri, diləkləri. Bütün dünyanın həsəd apardığı Ata Heydər nə qədər varıqsa beləcə böyük məğrurluqla anılacaq, işıqlı dünya sanılacaq, adına nəğmələr, dastanlar bir daha qoşulacaqdır. Yeganə həqiqətdir ki, xalqımız üçün səadətdir: Ata Heydəri böyük, sönməz sevgiylə əbədi yaşatmaq, firavan günlərə İlhamla çatmaq!