Ehtiyatsızlıq etdi eyvandan yıxıldı

30 Aprel 2016 14:01 (UTC+04:00)

Mərdəkan sakini eyvandan yıxılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, aprelin 29-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan 16 yaşlı Elnurə Rəsulova ehtiyatsızlıqdan evlərinin eyvanından (4-cü mərtəbə) yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.