AÇ ilə bağlı seminar keçiriləcək

30 Aprel 2016 14:01 (UTC+04:00)

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində faəliyyət göstərmək üçün akkreditasiyadan keçmiş mətbu orqanların təmsilçiləri üçün seminar təşkil olunacaq. SİA-nın məlumatına görə, seminarı UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin UEFA Təşkilat Komitəsinin Media şöbəsi keçirəcək. Tədbir mayın 2-də, saat 12:00-dan 14:00-dək Bakı Olimpiya Stadionunda baş tutacaq.