Barak Obamanın sevgisi filmə çevrildi

30 Aprel 2016 12:26 (UTC+04:00)

ABŞ Prezidenti Barak Obama və xanımı Mişel Obamanın sevgi tarixçəsindən bəhs edən "Cənub tərəf səninlə" ("Southside with You") filminin ilk treyleri təqdim olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ssenari müəllifi və rejissoru Riçard Tann olan ekran əsərində baş qəhrəmanları Tika Sampter və Parker Soyers canlandırıb.

Avtobioqrafik janrlı filmin musiqisini Stefen Ceyms Teylor bəstələyib.

Qeyd edək ki, cütlüyün tələbəlik illərindən, tanışlıq hekayələrindən danışan film may ayından etibarən, ABŞ və İsveç kinoteatrlarında nümayiş olunacaq.