Yeni evli cütlük konsertdə FOTOLAR

30 Aprel 2016 12:22 (UTC+04:00)

Ötən gün ailə həyatı quran müğənni Elçin Cəfərov həyat yoldaşı Aydanla kameralara tuş gəlib. Açıqlama verən müğənni xoşbəxt olduğunu dilə gətirib: "Toy etmək, ailə həyatı qurmaq həyatımda dönüş oldu, fərqlilik oldu. Toyum mənim üçün ən yaddaqalan hadisə oldu. Çox xoşbəxtəm".

Qeyd edək ki, müğənni balayı üçün üz tutacağı ölkəni hələ açıqlamaq istəməyib.

Xatırladaq ki, müğənni eks millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə həyatı qurub.