Ucarda sexdə yanğın olub

30 Aprel 2016 11:29 (UTC+04:00)

Ucar rayonunda sexdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, rayonun Qarabörk kəndində vətəndaşa məxsus ümumi sahəsi 405 kv.m olan sexin tavanına vurulmuş penoplast üzlük 150 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.