Lənkəranda ev yandı: xəsarət alan var

30 Aprel 2016 09:12 (UTC+04:00)

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 45 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.