Hələbdə xəstəxanaya hücum edildi 50 ölü

29 Aprel 2016 22:36 (UTC+04:00)

Suriyanın Hələb şəhərində yerləşən "Əl-Qüds" xəstəxanası raket atəşinə tutulub. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Ölənlər arasında həkim və xəstələrlə yanaşı xəstəxananın yaxınlığındakı evlərdə yaşayan sakinlər də var.

Ötən gün Beynəlxalq "Sərhədsiz Həkimlər" (MSF) təşkilatı xəstəxananın atəşə tutulması nəticəsində 14 nəfərin öldüyünü bildirib.