Şadlıq evində yanğın

29 Aprel 2016 16:51 (UTC+04:00)

Şəkidə şadlıq evində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 625 kv.m olan ikimərtəbəli şadlıq evinin tavanı 1 kv.m sahədə yanıb. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.