"Möhtəşəm yüz il: Kösəm"in komandası qonaqlıqda FOTOLAR

29 Aprel 2016 16:16 (UTC+04:00)

"Möhtəşəm yüz il: Kösəm" serialının yaradıcı heyəti məkanların birində yemək yeyiblər. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Beren Saat, Ekin Koç, Berk Cankat, Kadir Doğulu və Boran Kuzum yemək yeyib, əyləniblər. E.Koç zarafatları ilə bütün restorandakıları güldürüb. O, masaya gələn hesabı da "padşah mənəm" deyərək özü ödəyib Aktyor çıxışda jurnalistləri görməməzlikdən gəlib.

Aktrisa B.Saat məkandan çıxarkən fotoqraflardan yayınmaq üçün arxa qapıdan çıxıb.

K.Doğulu isə jurnalistlərin suallarını cavablandıraraq Neslihan Atagüllə toyu haqda danışıb:

"Toy hazırlıqları bitdi. Böyük həyəcan içindəyik".