Müğənni nədən gileyləndi? FOTOLAR

29 Aprel 2016 15:14 (UTC+04:00)

Həyat yoldaşı ilə Dubay səyahətindən geri dönən müğənni Demet Akalın oradakı qiymətlərdən şikayətlənib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, çəkdirdikləri fotoları İnstaqramda paylaşan Dubayın çox baha olduğunu qeyd edib: "3 türk qəhvəsini 200 dollara içdik. Dəhşət! Təbii ki, bizim ölkəmiz müqayisədə ucuz görünər, hətta havayı... Az qala nəfəs almağa da pul istəyirlər. Dubay, gözəlsən, amma çox bahalısan".