Estoniya Prezidenti xeyriyyə konserti verib

29 Aprel 2016 13:22 (UTC+04:00)

Estoniya Prezidenti Toomas Hendrik İlves Finladiyanın paytaxtı Helsinkidə yerləşən klublardan birində musiqi bacarığını nümayiş etdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, havanın yağışlı olmasına baxmayaraq, paytaxt sakinləri prezidentin çıxışını izləməyə toplaşıblar. O, konsertdə dj-lik edərək, 1960-1970-ci illərə təsadüf edən gənclik zamanlarının hit musiqilərini, o cümlədən, Devid Boui, "The Beach Boys", "The Who", Ramones, "New York Dolls" kimi məşhur sənətçilərin parçalarını təqdim edib.

Qeyd edək ki, konsertdən əldə olunan gəlir sağlıq problemli uşaqların müalicəsinə sərf olunacaq.