Can Bonomo evlənir

29 Aprel 2016 13:04 (UTC+04:00)

"Eurovision- 2012"nin Türkiyə təmsilçisi Can Bonomodan xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, ifaçı evlənir. Bu barədə müğənninin sevgilisi Didem Soydan məlumat yayıb. Model bildirib ki, Canın serial çəkilişləri olduğu üçün toyun vaxtını tezləşdirə bilmir: "Canın çəkilişləri çox ağırdır. Bu səbəbdən toyu tez edə bilmirik. Gələcəkdə ana olacağımı bir anlıq düşünürəm. Bu isə məni qorxudur".