Əməkdar artist: "Xumar xanımın bu hərəkəti heç vaxt yadımdan çıxmaz"

29 Aprel 2016 11:15 (UTC+04:00)

Əməkdar artist Baloğlan Əşrəfov həmkarı Xumar Qədimovadan danışıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı sözügedən xanım ifaçısını tərifləyib: "Mən Türkiyədə xəstəxanada yatarkən Xumar xanım mənə zəng etdi ki, yanınıza gəlmək istəyirəm. Artıq Türkiyədəyəm. X.Qədimova bacısı ilə yanıma gəlmişdi. Onun bu hərəkəti heç vaxt yadımdan çıxmaz. Xumar Qədimovanın gözəl ürəyi var. Həmin ifaçının özünəməxsus dəsti-xətti var. Xumar xanımın səsini çox bəyənirəm".