Sənətçinin 3 mərtəbəli villası FOTOLAR

29 Aprel 2016 10:51 (UTC+04:00)

Müğənni Sibel Can İstanbulun Beykoz səmtində yerləşən evinin qapılarını jurnalların birinin üzünə açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 46 yaşlı S.Can ev həyatı haqda da danışıb: "Səhnəyə çıxdığım vaxtdan başqa bütün həyatım bu evdə keçir. Buradakı hər detal mənim xüsusi marağımla düzəldilib. Tərtəmiz, parlayan yerlərdə özümü yaxşı hiss edirəm. Təbii çiçəklər isə evimdə mütləq olmalıdır. Bu evin təbiətə yaxın olmasına görə uzun illərdir burada yaşayıram. Mənzilimdə gözəllik salonu da var".