AGF Kubokunda son gün gənc sərbəst güləşçilər yarışır

29 Aprel 2016 10:34 (UTC+04:00)

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.

Son yarış günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışır.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.

Final görüşləri saat 16:00-da başlayacaq və "İdman Azərbaycan" kanalından canlı yayımlanacaq.