Qızıl kəskin bahalaşıb

29 Aprel 2016 10:01 (UTC+04:00)

Dünya bazarında qiymətli metalların qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 11,50 dollar bahalaşaraq 1 277,90 dollara, gümüş isə 0,26 dollar artaraq 17,82 dollara satılıb. Amerika və Avropa fond indekslərinin də qiymətində bahalaşma qeydə alınıb. Amerika fond bazarında Dow Jones indeksi 1,17% - 17 830,76 bəndədək, S&P 500 0,92% - 2 075,81 bəndədək, NASDAQ 1,19% - 4 805,29 bəndədək azalıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,04% - 6 322,40 bəndədək, Almaniya DAX-ı 0,21% - 10 321,15 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,04% - 4 557,36 bəndədək ucuzlaşıb.