Müğənni qəza keçirdi

29 Aprel 2016 10:00 (UTC+04:00)

Müğənni Fərhad Göçer avtomobil qəzası keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi maşında qırmızı işıqda gözləyərkən arxadan sürətlə hərəkət edən başqa bir avtomobil tərəfindən vurulub. Hər iki avtomobilin sürücüsü və Fərhad yaralanmadan xilas ola biliblər.

Qeyd edək ki, polis qəza ilə bağlı araşdırmalara başlayıb.