Qalmaqallı oyun haqda qərar verilib

29 Aprel 2016 09:26 (UTC+04:00)

Türkiyə Futbol Federasiyası Superliqanın 30-cu turunda keçirilən qalmaqallı "Trabzonspor" - "Fənərbaxça" matçı (0:4) haqda qərar verib. SİA-nın məlumatına görə, qərara əsasən "Fənərbaxça"ya 4:0 hesablı texniki qələbə verilib. Azarkeşlərin əməllərinə isə İntizam Komitəsi qiymət verəcək.

Qeyd edək ki, sözügedən oyunun 88-ci dəqiqəsində trabzonlu azarkeşlər meydana daxil olduğu üçün qarşılaşma yarımçıq dayandırılmışdı.