Azərbaycan nefti 47 dollara yaxınlaşır

29 Aprel 2016 09:17 (UTC+04:00)

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,49 dollar yaxud 1,88% bahalaşaraq 46,03 dollar təşkil edib.SİA-nın xəbərinə görə, Brent markalı neft isə 0,76 dollar və ya 1,60% bahalaşaraq 48,14 dollar/barelə bərabər olub.

Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 46,56 dollar təşkil edib.