“Əli Kərimlidə heç bir mənəvi dəyər qalmayıb” AÇIQLAMA

28 Aprel 2016 16:09 (UTC+04:00)

"Əli Kərimlinin Qarabağda gedən döyüşlərlə bağlı tutduğu mövqe birbaşa Azərbaycanın milli maraqlarına zərbə idi. Döyüş gedən ərəfədə Azərbaycan ordusunun zəif olmasını və ya ordu da neqativ halların olmasını yazmaq nə məna daşıya bilər? İkinci dünya müharibəsində bu cür adamları vətən xaini kimi məhkəməsiz gülləliyirdilər". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, Əli Kərimlinin bütün açıqlamaları Ermənistan mətbuatının bir nömrəli xəbərinə çevrilmişdi: "O xarici qurumlardan aldığı əmrə əsasən bəyanatlar verirdi. Bu adam üçün bir daha sübut olundu ki, heç bir mənəvi dəyər qalmayıb. Vətəni də sata bilər. Necə ki, illər öncə öz lideri Əbülfəz Elçibəyə, dostlarına, silahdaşlarına və tələbə yoldaşların xəyanət etmişdi. Hətta mənə qarşı da hər cür şantaja əl atır. Kim onun fəaliyyətini tənqid edirsə, ona düşmən kimi baxır. Bu gün özündən "qəhrəman" obrazını yaradır. Bir qrup gənclərin və QHT sədrlərinin etirazından siyasi "şou" düzəldir. Birmənalı şəkildə onu söyləyirəm ki, Əli Kərimli xəyanət simvoludur. Ona görə də düşmən mətbuatı onun bütün açıqlamaları izləyir, xəbər kimi tirajlayır. Azərbaycanın milli maraqlarına zərbə vuran biri heç vaxt Azərbaycanın inkişafını istəməz".