Politoloq: "Rusiya Ermənistana silah versə, proseslərə nəzarəti itirəcək" AÇIQLAMA - SƏS TV

28 Aprel 2016 16:01 (UTC+04:00)

"Ermənistan mətbuatı Rusiyanın onlara 200 milyon dollar civarında silah satacağını yazır. Ermənilərin qənatinə görə, Rusiya bunu Azərbaycanla balansın yaradılması etməlidir. Ancaq hazırda Rusiyanın belə bir addım atacağı gözlənilmir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Ermənistanın silah almaq üçün maliyyə vəsaiti yoxdur: "Düşmən ölkənin silah almaq üçün pulu yoxdur. Rusiya Ermənistana yalnız əvəzsiz olaraq silah verə bilər. İndiki şəraitdə isə onların belə bir addım atacağı gözlənilən deyil. Əgər Rusiya Ermənistana silah versə, Dağlıq Qarabağ münaqişəsindəki proseslərə nəzarəti tamamilə itirəcək və proseslər onların arzu etmədiyi istiqamətdə gedəcək".