"Kara sevda"nın "Nihan"ı hər kəsə ismarıc göndərdi

28 Aprel 2016 15:58 (UTC+04:00)

Aktrisa Neslihan Atagül jurnalların birinə şəxsi həyatı haqda müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa ana olmaq haqda danışıb:"Bu ölkədə dünyaya övlad gətirmək istəməyən dostlarım var. Hər zaman deyirəm ki, bəlkə sənin övladın bu ölkə üçün bir şeylər edəcək? Ona görə də onlarınm acığına ana olacağam".

Qeyd edək ki, N.Atagül hazırda aktyor Kadirlə nişanlıdı.