Komitə sədrinin qəbul gününün tarixi dəyişdirilib

28 Aprel 2016 15:18 (UTC+04:00)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Qəbələ rayonunda aprelin 29-da nəzərdə tutulan görüşün tarixi dəyişdirilib. Vətəndaşların qəbulu may ayının 6-da keçiriləcək.SİA-nın xəbərinə görə, qəbulla bağlı əlavə məlumat veriləcək.