Millət vəkili: "İşğalçı, soyqırımı edən dövlətin başçısı hansı danışıqlar edə bilər?!" AÇIQLAMA

28 Aprel 2016 13:33 (UTC+04:00)

"Erməni təxribatları bir deyil, iki deyil, dəfələrlə təkrarlanır. Bunun davam etməyəcəyinə zəmanət verilmir. Təəssüf ki, hələ də beynəlxalq ictimaiyyət buna susqunluqla yanaşır". Bu fikirləri SİA-ya açıqlamasında AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov deyib.

Millət vəkili düşmənin bu gecə də öz təxribatlarından əl çəkmədiyini bildirərək mülki əhalimizə qarşı ağır artilleriyadan istifadə etdiyini deyib: "Bu gecəki təxribatlar nəticəsində Ağdamda ölən mülki şəxsimiz var. Tərtərdə bir neçə yaralı vətəndaşlarımız da olub. Düşmən arxasında dayanan güclərə inanaraq hərbi təcavüzünü, təxribatlarını davam etdirir. Aydın olur ki, düşmən tapdaqda olan torpaqlarımızı qaytarmaq niyyətində deyil. Biz bütün vasitələrdən, o cümlədən siyasi, diplomatik yollarla işğala qarşı mübarizəmizi davam etdirməliyik".

Onun sözlərinə görə, Sarkisyanın iki gün bundan qabaq danışıqlardan imtina etməsi təbii qarşılanmalıdır: "Biz bunu gözləyirdik çünki o, artıq işğalçı dövlətin başçısı kimi tanınır. Ermənistan dövləti işğalçı damğası alıb. İşğalçı, soyqırım edən dövlətin başçısı hansı danışıqlar edə bilər?! Ona görə də o bundan qaçır".