Roza Zərgərli kitab yazdı FOTOLAR

28 Aprel 2016 13:06 (UTC+04:00)

Müğənni Roza Zərgərli müəllifi olduğu "Sibir çiçəyim" adlı kitabının təqdimatını keçirəcək. Bu barədə SİA-ya ifaçının özü məlumat verib: "Xeyli müddətdir ki, kitab çıxarmaq arzusunda idim. Nəhayət arzuma çatdım. Kitab artıq "Ali Nino" kitabxanalarında satışa çıxarılıb. Təqdimata tanınmış incəsənət xadimləri, şou-biznes əhli və jurnalistlər dəvətlidir. Mənim avtobioqrafıq romanım "Sibir çiçəyim" məhəbbətdən, nifrətdən, satqınlıqdan bəhs edir. Kitabla bağlı geniş məlumatı isə təqdim zamanı açıqlayacam".