Türkiyədə daha bir terror aktı FOTOLAR

28 Aprel 2016 12:27 (UTC+04:00)

Dünən gecə Türkiyənin Van vilayətinin mərkəz İpəkyolu mahalında terror aktı baş verib. SİA-nın məlumatına görə, PKK terror qruplaşmasının üzvləri polis avtomobili yoldan keçərkən mahalın Şərq prospektinə əvvəlcədən döşədikləri partlayıcını işə salıblar. Kustar üsulla düzəldilən bombanın partlaması nəticəsində ölən və yaralanan olmasa da, ətrafdakı ev və ofislərə ciddi ziyan dəyib.

Partlayış nəticəsində 3 metr enində 12 metr uzunluğunda çuxur meydana gəlib. Ərazidə olan elektrik naqilləri də yararsız vəziyyətə düşüb. Bir çox məhəlləyə verilən elektrik enerjisi kəsilib. Səhər saatlarında Van Böyükşəhər Bələdiyyəsinin işçi qüvvəsi çuxurun doldurulması üçün işlərə başlayıb.