Mətanət İsgəndərli valideynləri haqda nələr dedi?

28 Aprel 2016 11:39 (UTC+04:00)

Əməkdar artist Mətanət İsgəndərli valideynlərindən söz açıb. SİA-nın verdiyi xəbərə ifaçı maraqlı etiraflar edib: "Atam 18, anam 14 yaşında ailə qurublar. Ailədə atama oxşamışam. Anam çox çətin günlər keçirib. Mən ilk məhəbbətdən yaranmışam. Evin ilki olmuşam. 4 bacı, 1 qardaş olmuşuq. Anam təmizkar olub. Uşaq ikən bizi döyürdü. Saçımı yolurdu. Atam da buna görə anamla dalaşırdı. İmkan vermirdi ki, anamız bizi incitsin. Anamla yenə aramızda pərdə var. Ondan hələ də çəkinirəm".