64 yaşlı qadın intihar edib

27 Aprel 2016 19:53 (UTC+04:00)

Goranboy rayonunda qadın intihara cəhd edib. SİA xəbər verir ki, Goranboy rayonunun Xoylu kənd sakini, 1952-ci il təvəllüdlü Gülgəz Axundova ağır zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, G. Axundova intihar etmək üçün gəmiricilər əleyhinə istifadə edilən zəhər qəbul edib və zəhərlənib.