Ağ şəhərdə yanğın baş verib

27 Aprel 2016 18:49 (UTC+04:00)

Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə Xətai rayonunda, Ağ şəhərin ərazisində baş verib. Yanğın nəticəsində neft qalıqlarına hopmuş məişət tullantıları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.