Növbəti iftira

27 Aprel 2016 15:15 (UTC+04:00)

"Azadlıq" qəzetinin bu günki nömrəsində vaxtı ilə ABŞ-ın Azərbaycandakı səfirliyində işləmiş, hazırda isə insan hüquqlarının müdafiəsi ilə məşğul olan Rebekka Vinsetin "Azərbaycandakı siyasi məhbuslar yaddan çıxmamalıdır" başlıqlı məqaləsinin tərcüməsi çap olunmuşdur. Məqalə ilə tanış olduqda təəcüblənməyə bilmirsən. Müəllif Azərbaycanda guya "siyasi məhbuslar" olduğunu, onların bir neçəsinin azadlığa buraxıldığını, digərlərinin hələdə həbsdə olduğunu iddia edir". Bunu Milli Məclisin "Əmək və Sosial Siyasət komitəsi"nin sədr müavini Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev məhkum olunmuş bir sıra şəxsləri, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhətini, ailə vəziyyətini nəzərə alaraq, hümanizm prinsiplərinə əsaslanaraq bir qrup şəxsin o cümlədən məqalədə qeyd olunan 14 nəfərin əfv olunması barədə 17 mart 2016-cı il tarixdə sərəncam hazırlanıb: "Bu 14 nəfər şəxsin siyasi məhbus olması Rebekka Vinetsin subyektiv fikirləridir. Bu şəxslərdə digər məhkumlar kimi Azərbaycan cinayət məcəlləsinin müvafiq maddələrinə görə məhkum olmuşlar. Azərbaycan Respublikası Prezidentinin bu humanis addımı Dünyanın nüfuzlu dövlətləri tərəfindən o cümlədən ABŞ, Fransa tərəfindən, Avropa Birliyi və Avropa Şurası tərəfindən yüksək qiymətləndirilmişdir. Məhkəmə qərarları ilə şəxslərin azadlığa buraxılması ancaq məhkəmənin hüququdur. Məhkəmələrin işinə heç kim müdaxilə edə bilməz. Qeyd etmək lazımdır ki, "siyasi məhbuslar " məsələsi anti-azərbaycan qüvələri tərəfindən vaxt aşırı Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Maraqlıdır özünü insan hüquqlarının müdafiçisi sayan Rebekka Vinsent niyə görə mövcud olmayan "siyasi məhbusların" hüquqlarından söz açır ancaq Ermənistan tərəfindən öz ata-baba yurdlarından qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünlərin pozulmuş hüquqlarından danışmır.Şimalı Afrikadan, Ərəb ölkələrindən Avropaya üz tutmuş miqrantların pozulmuş hüquqları yada düşmür".

R.Əliyev məqalənin indi çap olunmasının da təsadüfi olmadığını deyib: "Artıq bir neçə gündür ki, Beynəlxalq ictimaiyətin diqqəti Azərbaycana onun paytaxtı Bakı şəhərinə yönəlmişdir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Formunun Bakıda yüksək səviyyədə keçirməsi, dünyanın 140-dan artıq dövlətinin 3 minə yaxın nümayəndələrinin bu tədbirdə iştirakı Azərbaycanın Beynəlxalq aləmdəki artan nüfuzundan xəbər verir. Əlbəttə anti-Azərbaycan qüvvələr və onların azərbaycandakı əlaltıları belə möhtəşəm tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsindən bərk narahat olurlar. Onlar buna ancaq şər və böhtanlarla Azərbaycanın imicinə ləkə vurmağa cəhd göstərirlər. Ancaq bu cəhtlər əbəsdir. Azərbaycan hər tərəfli inkişaf etmiş, demokratik bir dövlətə çevrilmişdir və bu inkişafı uğurla davam etdirəcəkdir".