YUNESKO-nun nümayəndəsi: "Bizim arzular sülh və bərabərlikdən ibarət olmalıdır"

27 Aprel 2016 12:19 (UTC+04:00)

"Biz media savadlığı məsələsində çox yaxından işləyirik. Bizim arzular sülh və bərabərlikdən ibarət olmalıdır. Biz yaxşı düşünməliyik. Bu zaman media savadlılığı imkan verəcək ki, hər kəs aydın düşünsün və prosesləri analiz edə bilsin". SİA-nın məlumatına görə, bunu bu gün YUNESKO-nun Proqram Mütəxəssisi Alton Grizzle Bakıda keçirilən BMT-nin 7-ci qlobal forumunda "Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, media savadlılığı məsələsində vətəndaşların yanaşmalarına da diqqət yetirməliyik: "Sosial mediada nifrət nitqinin yayılması əsas məkan sayılır. Biz hər şeyi özümüzdən başlamalıyq və çalışmalıyıq ki, məsələlərə düzgün yanaşaq. YUNESKO-nun bu sahədə gördüyü işlər artıq öz nəticəsini verməkdədir".