Tolik: "Əsgərlərlə reklam düşünənin atasına lənət" FOTO

27 Aprel 2016 12:10 (UTC+04:00)

Prodüser Tarix Əliyev tanınmışların cəbhə bölgəsinə getməsini qınayanlara sərt cavab verib. SİA-nın verdiyi xəbərə görə, Tolik ANS telekanalının bununla bağlı hazırladığı süjeti paylaşaraq fikirlərini "İnstagram" səhifəsində bölüşüb: "Mən özüm və işlədiyim müğənnilərin adından danışa bilərəm. Sevil, Sevinc və Eltonla hərbi hissəyə bir dəfə dostlarımızla birlikdə getdik. İkinci dəfə Mədəniyyət və Turizm Nazirliyi yolladı. Bəzi kanalların, o cümlədən də ANS kanalının bəzi aparıcılarından fərqli olaraq əsgər forması geyinib, amma əsgərliyə getmək qorxum yoxdur. Ağzımı açdırmasınlar, hamı kişilikdən dəm vurur. Guya içinizdə olan kişiciklərdən xəbəriniz yoxdur? Efirlərin yaraşığı elə onlardır da. Belə də ki, əsgərlərin yanına gedib, reklam düşünənin atasına lənət. Gedib kim reklam edirsə, onun öz vicdanına qalsın. Başına kül olsun".