"Survivor"da Ezgi və Atakan sevgilidir?

27 Aprel 2016 11:55 (UTC+04:00)

"Survivor"da Ezgi və Atakan arasında sevgi münasibətlərinin olduğu deyilir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, yarışmanı tərk edən Tuğba Özay proqramdan getmədən öncə Nagihan Karadere ilə mübahisə edib.

Komanda yoldaşlarının gözü qabağında bir-birinin bütün sirlərini açmağa çalışan tərəflər sərt ittihamlar səsləndiriblər. Tuğba Nagihana "Sən Atakanla Ezgini sevgili də elədin" deyərək hər kəsi təəccübləndirib.

Uzun zamandır sevgili olduqlar deyilən ikili isə özlərini itirib. Sirlərinin açılmasından narahat olan Atakan ayağa qalxaraq söhbəti bağlamağa çalışıb.