Səsi batan xalq artisti nələr dedi?

27 Aprel 2016 11:52 (UTC+04:00)

Xalq artisti Gülyanaq Məmmədova özündən razı insanlardan söz açıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu cür insanları qınadığını söyləyib: "Toyların birində səsim batmışdı. Bacım Gülyaz məni həmin el şənliyində idarə etdi. Həkimə getdim. 8 gündən sonra səsim özünə düşdü. Ona görə, heç kim sinəsinə döyüb, mənəm-mənəm deməsin. Bir-birlərinə yuxarıdan aşağı baxmasınlar. Adi həyəti təmizləyən xadiməçiyə belə hörmətlə yanaşıram, salam veririəm. Onu da deyim ki, əgər səsim olmasa, kəndimizə qayıdıb, ev işləri ilə məşğul olaram".