“Bitlz” Qrupunun son görüntüləri tapılıb

27 Aprel 2016 11:13 (UTC+04:00)

Avstraliyanın Foto və Audio Sənədlərinin Milli Arxiv İdarəsi (National Film and Sound Archive, NFSA) əfsanəvi "Bitlz" ("The Beatles") qrupunun üzvlərinin video yazısı aşkar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 59 saniyəlik, ağ-qara lentə alınmış video yazı 1 noyabr 1965-ci ilə aiddir. Video qrupun üzvləri-Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starr "Lennon və Makkartninin musiqisi" ("The Music of Lennon & McCartney") televiziya verilişinə hazırlaşarkən avstraliyalı vizajist və rəqqasə Don Sueyn tərəfindən lentə alınıb.

Qeyd edək ki, Sueynin qızı qrupun tarixdə qalan son görüntülərini evdəki video kolleksiyanın arasından təsadüfən tapıb.

Həmin video yazının linkini təqdim edirik:

https://www.youtube.com/watch?v=Lv4AObEcOcE&feature=youtu.be