Ümummilli liderə həsr olunmuş spartakiada keçirilib

26 Aprel 2016 22:57 (UTC+04:00)

Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə universitetdaxili spartakiada keçirilib. ADNSU-dan SİA-ya verilən məlumata görə, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş spartakiada şahmat, dama, nərd, stolüstü tennis, voleybol, futzal idman növləri üzrə keçirilib. Spartakiadada universitetin əməkdaşları iştirak ediblər.

Qaliblərin mükafatlandırılması Ulu Öndərin ad günü ərəfəsində keçiriləcək.