Turaclı kənd sakini bıçaqlandı

26 Aprel 2016 23:33 (UTC+04:00)

Qax rayonu Turaclı kənd sakini, 1988-ci il təvəllüdlü Rüstəm Yasin oğlu Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. SİA-nın məlumatına görə, hadisə bu gün saat 21 radələrində baş verib.

Rüstəm Ələkbərov Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.