Vitse-prezident: "İran Alyansa öz töhfəsini verməyə hazırdır”

26 Aprel 2016 17:38 (UTC+04:00)

"Qarşıya qoyulan məqsədlər dərindən qavranılmalıdır".SIA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən iclasda İran İslam Respublikasının vitse-prezidenti Masoud Soltanifar söyləyib.

Onun sözlərinə görə, İran iki ideyanın müəllifdir: "2008-ci ildə İran BMT-də sivilizasiyalararası dialoq təşəbbüsünü irəli sürüb və bu, BMT Baş Assambleyasında qəbul edilib. İran 2013-cü ildə isə zorakı ekstremizmə qarşı mübarizə təşəbbüsü ilə çıxış edib. Mədəni əlaqələr, tələbə mübadiləsi, elm əlaqələr insanlar arasında əlaqələrin təşviq eldlilməsində mühüm rol oynayır. Zorakı ekstremizmlə bağlı təşəbbüsə gəlincə, Afrika və Orta Şərqdə bu kimi hallar var. Brüsseldə baş verən terror göstərdi ki, terrorçuluq sərhəd tanımır, heç bir fərq qoymur. Zorakılığən qurbanı insanlar olur. Zorakı ekstremizmin nəticəsi sırf sabitsizliklə yekunlaşmır, iqtisadi, sosial inkişafa əngəllər yaradılır. Terrorçuluğun, ekstremizmin səbəbi işğalçılıq, dövlətlərin siyasi maraqlarına görə ekstremizmə dəstək verməsi və digər belə hallarla bağlıdır. Zorakı ekstremizmə qarşı mübarizədən danışırıqsa, bu, BMT-nin məramnaməsinə uyğundur. BMT 2013-cü ildə zorakı ekstremizlə bağlı qətnmamələr qəbul edib. BMT baş katibi də bu yöndə dəyərli töhfələr verib. Yəni zorakı ekstremizmin aradan qaldırılması üzv dövlətlərdən böyük dəstəyi tələb edilir və burada uzunmüddətli konstruktiv əməkdaşlıq üçün bütün dövlətlər, regional təşkilatlar arasınla əməkdaşlığın təmin edilməsi vacibdir. İran konstruktiv dialoqa sadiq olaraq qalır, Alyansa öz töhfəsini verməyə hazırdır".