Azərbaycan və Türkiyə Həmkarları müqavilə imzaladı FOTOLAR

26 Aprel 2016 17:21 (UTC+04:00)

Aprelin 26-da Türkiyə Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Ali Yalçının AHİK sədri, millət vəkili, BHİK-in vitse-prezidenti Səttar Mehbalıyev ilə görüşü olub. SİA-nın verdiyi məlumata görə, Konfederasiyanın sədri Səttar Mehbalıyev qonaqları salamlayaraq ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında mütəmadi olaraq keçirilən görüşlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

AHİK sədri Səttar Mehbalıyev Azərbaycan ilə Türkiyə arasında sıx dostluq və qardaşlıq münasibətlərinin tarixi ənənələrə söykəndiyini, bu ölkələrin, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millətin iki dövləti olduğunu qeyd etdi.

Qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti, 180-dən artıq beynəlxalq həmkarlar ittifaqı mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verən AHİK sədri daha sonra Azərbaycanda gedən geniş abadlıq-quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından, səhiyyə, idman və digər sosial sahələrdə aparılan işlərdən söhbət açıb.

AHİK sədri bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrdəki inkişafı Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının sıx əməkdaşlıq və işgüzar əlaqələrinin möhkəmlənməsini şərtləndirir və qarşımızda duran ümdə vəzifələrdən biri də bu əlaqələrin daha da möhkəmlənməsini təmin etməkdir.

Türkiyə Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Ali Yalçın ölkəmizə səfərləri zamanı göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə AHİK sədrinə öz təşəkkürünü bildirib.

Ermənistan Azərbaycan münasibətlərinə toxunan qonaq ermənilərin işğalçı siyasətini pislədiklərini və bu münaqişədə hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi qurumun üzv təşkilatlarında Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı "İşğala DUR!" devizi ilə tədbirlər təşkil olunur. Bu tədbirləri bundan sonra da davam etdiriləcək.

Daha sonra rəhbərlik etdiyi qurum haqqında məlumat verən qonaq vurğulayıb ki, Dövlət Qulluqçuları Həmkarlar İttifaqlarının 950 mindən artıq üzvü var. Üzvlərin sayına görə təşkilat Türkiyənin ən böyük həmkarlar ittifaqı təşkilatıdır və bu göstəricinin 1 milyonu keçməsi üçün çalışırıq.

Sonra iki ölkənin həmkarlar ittifaqları arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən tərəflər aşağıdaki öhdəlikləri götüblər: İş həyatı və həmkarlar ittifaqlarının fəaliyyəti haqqında qarşılıqlı təcrübələri bölüşmək və istifadə etmək məqsədilə nümayəndə heyətlərinin göndərilməsi; Dövlətlər, xalqlar və konfederasiyalar arasında qarşılıqlı münasibətlərin inkişafı üçün möhkəm əlaqələrin qurulması; İş həyatı və konfederasiyaların fəaliyyətbri haqqında məlumat mübadiləsi üçün qəzet, jurnal, broşür, kitab kimi

materialların qarşılıqlı dövriyyəsi; Tərəflər arasında; mütəxəsislərin yetişdirilməsi üçün ölkələr və konfederasiyalar üzrə təşkil edilmiş tədris proqramlarında məsbhət xarakterli xidmətlərin göstərilməsi; Qarşılıqlı təcrübə və məlumat mübadibsi məqsədib mütəxəssis, işçi və bmsilçi kimi fərqli üzvbr üçün tədris proqramlarının təşkil edilməsi; İctimai təhlükəsizlik kimi iş həyatıyla bağlı sahəbrdə yaşanmış son dəyişikliklər haqqında davamlı məlumatlandınlmanın təşkili.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi