Malta prezidenti: "Zorakı ekstremizmə qarşı strategiyalar hazırlanmalıdır"

26 Aprel 2016 16:39 (UTC+04:00)

"İnsanlar müxtəlif hüquqlarından məhrum olur, yoxsulluqdan əziyyət çəkir. İqlim dəyişikliyi, münaqişələr insanlar üçün ciddi problemlər yaradı, miqrasiyaya səbəb olur". SIA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Malta prezidenti Marie Louise Coleiro Preca söyləyib.

Qlobal həmrəylik ayı elan etməyi təklif edən Malta prezidenti söyləyib ki, zorakı ekstremizmə qarşı uzunmüddətli strategiyalar hazırlanmalıdır: "Cəmiyyətdən təcrid olanları artıq kənarda saxlamamalıyıq, onlara əl uzatmalıyıq. Sülhə, tolerantlığa, müxtəlifliyə rəğbət bəsləyən prinsipləri əsas götürməliyik. Təhsil sahəsində də bu addımlar atılmalıdır. Biz növbəti humanitar fəlakətə imkan verməməliyik. Mən Aralıq dənizində yaşananları nəzərdə tuturam. Biz artıq tədbirlər görməliyik. Münaqişələr bizim sülh mədəniyyətinin formalaşmasına kömək etmir. Beynəlxalq miqrasiyanın mürəkkəbliyi artır, hökumətlər miqrasiya problemlərinin həlli, inklüzivlik sahəsində addımlar atmalıdırlar".

Qadınların cəmiyyətdə, dünyadakı rolundan danışan Malta prezidenti qeyd edib ki, qadınlar çox zaman zorakı münaqişələrin qurbanı olsalar da, qadınlar həm də sülhün qurucuları ola bilər: "Sosial inklüzivlik böyük əhəmiyyət daşıyır. Sosial zorakılıqdan canımızı qurtarmalı, sosial inklüzivliyin katalizatoru olmalıyıq".

Qazaxıstan Parlamenti Senatının sədri Kassym-Jomart Tokayev hazırda çox kəşməkeşli bir dövrdə yaşadığımızı söyləyib: "Biz qlobal təhdidlərə qarşı mübarizə aparmalıyıq. Anlamalıyıq ki, yeni müharibələrdə qaliblər olmur. Konstruktiv danışıqlarla bütün münaqişələrə son qoyulmalıdır. Hərbi blokların qarşısını almağa çalışmalıyıq. BMT-nin Sivilizasiyalar Alyansının oynayacağı çox mühüm vəzifələr var. Biz insanların vahid mövqedən çıxış etməsini istəyirik. Mədəniyyətlərin yanaşı yaşaması mühümdür. Qazaxıstan da bir çox etnik qrupların vətənidir və mədəni müxtəlifliyin qorunub saxlanılmasının tərəfdarıyıq. Qaxax milləti müxtəlif dövrlərdə deportasiyaya məruz qalıb. Ancaq hesab edirik ki, bizim xalq etnik qruplar arasında həmrəyliyin yaxşı nümunəsi ola bilərik. Biz toqquşmaları aradan qaldırmaq üçün yeni baxışlardan çıxış etməliyik. Bundan sonra da ekstremizmə qarşı daha qətiyyətlə mübarizə aparmalıyıq. Atdığımız addımlar qanuna əsaslanmalıdır. Qazaxıstan identi Nursultan Nazarbayevin təşəbbüsü ilə 2003-cü ildən Astanada din xadimlərinin ənənəvi görüşü təşkil olunur. Nursultan Nazarbayevin təşəbbüsü ilə 2003-cü ildən Astanada din xadimlərinin ənənəvi görüşü təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünya dini liderlərinin Bakıda görüşü keçirilib. Qazaxıstan mayın 30-da terroçuouğa qarşı din mövzusunda tədbir keçirəcək. İnanıram ki, bu günkü Forumda da sülhün bərqərar olunmasına töhfə verəcək qərarlar qəbul ediləcək. Müzakirələr zamanı ortaya çıxan suallara birgə cavablar axtarmalıyıq".