İspaniya XİN rəhbəri: "Münaqişələrin həlli üçün töhfəmizi əsirgəməməliyik"

26 Aprel 2016 16:05 (UTC+04:00)

"Münaqişələrin həlli üçün töhfəmizi əsirgəməməliyik". SİA-nın məlumatına görə, bunu bugün Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" mövzusu çərçivəsində BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında çıxışı zamanı İspaniyanın xarici işlər naziri Jose Manuel Garcia Margallon deyib.

Onun sözlərinə görə, bizlər yerli səviyyədə məsələlərə toxunmalıyıq: "Həmçinin biz dini liderlər şəbəkəsini formalaşdırmalıyıq ki, onlar öz fikirlərini irəli sürsünlər. Gənclərə də xüsusi diqqət ayırmalıyıq. Mütərəqqi qabaqcıl sənədlərlə bağlı təcrübə toplusu da önəmli ola bilər. Eləcə də təhsil sistemi sahəsində təlimlər keçirilməlidir ki, bunun müsbət nəticələri öz səmərəsini versin".