Fermerlər güzəştli şərtlərlə gübrə ala bilmirlər SƏS TV

26 Aprel 2016 16:03 (UTC+04:00)

Qərb rayonlarında fermerlər güzəştli şərtlərlə gübrə ala bilmirlər. Ümumiyyətlə, fermerlər güzəştli şərtlərlə gübrələrin verilməsindən xəbərsizdirlər. Onların sözlərinə görə, gübrəni bazardan baha qiymətə alırlar.

"Aqrolizinq" ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru Azər Əliyev isə bildirib ki, nümayəndəliyin anbarında kifayət qədər gübrə var və əkin sahəsi ilə bağlı torpaq sahəsinin sənədlərini təqdim edən hər bir kəndli fermerə gübrə verilir.